İngiltərə Premyer Liqasında 19-cu turun oyunları keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə Premyer liqasında 19-cu turun növbəti görüşləri keçirilib.
“Everton” klubu son çempion “Mançester Siti” ilə üz-üzə gəlib.
Oyunda hesabı ev sahibi komanda açıb. 29-cu dəqiqədə Cek Harrison “şəhərlilər”in qapısını dəqiq nişan alıb. İlk hissədə başqa qol olmayıb və “mersisayd təmsilçisi” fasiləyə üstün yollanıb.
Lakin “Siti” ikinci yarıda geridönüş etməyi bacarıb. Fil Foden, Xulian Alvarez və Bernardo Silvanın qolları “Mançester Siti”yə 3-1 hesablı qələbə qazandırıb. Bu qalibiyyətdən sonra xallarının sayını 37-ə çatdıran “şəhərlilər” 4-cü pillədə qərarlaşıb.
Gecənin daha bir oyunu cari mövsüm qeyri-sabit nəticələrlə diqqət çəkən “Çelsi” və “Kristal Pelas” arasında olub. “Stemford Bric”də baş tutan matçda hesabı meydan sahibləri 2-1 hesablı qələbə qazanıblar. “Zadəganlar”ın heyətindən Mudrik və Madueke fərqlənib. Bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran “Çelsi” 10-cu pillədədir.
#Futbol xəbərləri teqi istifadə olunub
- Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV
- Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri
- Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq
- Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV
- "Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri
