Kilian Mbappe və PSJ arasında gərginlik davam edir
“Real”a keçidi ilə dünya gündəmini zəbt edən Kilian Mbappe sabiq klubu PSJ-ni məhkəməyə verə bilər.
Buna səbəb Fransa təmsilçisinin futbolçuya son 2 ayın məvacibini və bonusları ödəməməsidir. Son xəbərlərə görə, parislilərin 25 yaşlı forvarda 100 milyon avroya yaxın borcu var.
İddia olunur ki, oyunçunun “Real”a keçidindən qəzəblənən PSJ rəhbərliyi ona ödənişləri dayandırıb. Bununla əlaqədar K.Mbappe artıq sabiq komandasına rəsmi məktub ünvanlayıb. Bildirilir ki, tərəflər yaxın günlərdə bu məsələni bir daha müzakirə edəcəklər. Razılığın əldə olunmayacağı təqdirdə isə Kilian məhkəməyə müraciət etmək niyyətindədir.
Qeyd edək ki, bir müddət əvvəl “Real”a qoşulan Mbappe “los blankos”la 5 illik müqavilə imzalayıb. “Kral klubu”nda 20 milyon avro məvacib alacaq oyunçu azad agent kimi keçdiyi üçün əlavə olaraq 100 milyon avro bonus qazanacaq.
#Kilian Mbappe teqi istifadə olunub
- Kilian Mbappe tarix yazdı | Fransalı ulduz Çempionlar Liqasının tarixinə düşdü
- Mbappe Azərbaycan yığmasına qarşı matçda meydana çıxmayacaq
- 2025-ci ildə ən çox qol vuran futbolçular müəyyənləşib
- Mbappenin 11 metrlik zərbəni vura bilməməsinə azarkeş dözmədi
- Osman Dembele Kilian Mbappenin “Qızıl top”a layiq olduğunu bildirib
