Pleyeri seçin:
Kriştiano Ronaldo ilə şəkil çəkdirən 10 yaşlı Berat cəzalandırıldı
AVRO-2024-ün Türkiyə-Portuqaliya oyununda meydana daxil olaraq Kriştiano Ronaldo ilə şəkil çəkdirməklə məşhurlaşan uşağa cəza verilib.
UEFA-nın qərarına əsasən, 10 yaşlı Berat Uluğ yarışın digər matçlarından uzaqlaşdırılıb.
Bildirilir ki, azarkeşin yaşının az olması səbəbindən ona cinayət işi açılmayacaq. Lakin azyaşlı fanat AVRO-2024-ün qalan görüşlərində tribunada ola bilməyəcək.
Qeyd edək ki, F qrupu çərçivəsində keçirilən Türkiyə-Portuqaliya qarşılaşmasında daha bir neçə azarkeş meydana daxil olaraq Ronaldo ilə şəkil çəkdirmək istəyib. Bunu nəzərə alan UEFA Kriştianonun iştirak edəcəyi matçlarda təhlükəsizliyi gücləndirməyə qərar verib.
Kopyalandı
#Kriştiano Ronaldo teqi istifadə olunub
- Kriştianu Ronaldu Donald Trampla görüşü barədə sosial şəbəkə hesabında paylaşım edib
- Ronaldo Ağ Evdə Donald Trampın qonağı olub
- Trampın Ronalduya dedikləri tədbirə damğa vurdu | Ağ Evdəki görüşdə nələr yaşandı?
- Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının onun peşəkar karyerasında sonuncu yarış olacağını təsdiqləyib
- Kriştiano Ronaldo Donald Tramp haqqında fikirlərini bölüşüb
