Pleyeri seçin:

Kriştiano Ronaldo və Lionel Messi Çempionlar Liqası ilə vidalaşdılar

01 may 2025 406 baxış

Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiyanın "Kavasaki" klubuna 2-3 hesabı ilə məğlub olub.

Ronaldo bütün matçı meydanda keçirsə də, oyun boyu qol vura bilməyib.

Növbəti mərhələyə adlayan “Kavasaki” finalda Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-Əhli” ilə qarşılaşacaq. Görüş mayın 3-də Ciddədə baş tutacaq. “Əl-Nəsr” isə mübarizəsini Səudiyyə Pro Liqasında davam etdirəcək.

İdman dünyasında Ronaldonun əzəli rəqibi sayılan argentinalı ulduz Lionel Messinin çıxış etdiyi "İnter Mayami" də Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Çempionlar Kubokunda finala yüksələ bilməyib.

ABŞ təmsilçisi yarımfinal mərhələsinin cavab matçında Kanadanın "Vankuver Uaytkeps" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "İnter Mayami"nin məğlubiyyəti ilə bitib: 1-3. Komanda ilk görüşdə də rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, mayın 2-də digər yarımfinal oyununda Meksikanın "Krus Asul" və "Uanl Tiqres" klubları üz-üzə gələcək. İlk matç heç-heçə yekunlaşıb: 1-1.

"İdmanda nə baş verir"in daha bir buraxılışı ölkə futboluna həsr olundu | İDMANDA NƏ BAŞ VERİR?

"İdmanda nə baş verir"in daha bir buraxılışı ölkə futboluna həsr olundu | İDMANDA NƏ BAŞ VERİR?

İdman
04 dekabr 2025 406 baxış
FIFA AMK-da iştirak edəcək futbolçular üçün son tarixi uzatdı - Baku TV

FIFA AMK-da iştirak edəcək futbolçular üçün son tarixi uzatdı - Baku TV

İdman
04 dekabr 2025 406 baxış
Erlinq Haaland İngiltərə Premyer Liqasında rekorda imza atdı - Baku TV

Erlinq Haaland İngiltərə Premyer Liqasında rekorda imza atdı - Baku TV

İdman
03 dekabr 2025 406 baxış
“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik gələn ilin yanvarında futbola qayıda bilər - Baku TV

“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik gələn ilin yanvarında futbola qayıda bilər - Baku TV

İdman
03 dekabr 2025 406 baxış
Türkiyə Superliqasında "Qalatasaray" səfərdə | "Fənərbağça" ilə üz-üzə gəldi - Baku TV

Türkiyə Superliqasında "Qalatasaray" səfərdə | "Fənərbağça" ilə üz-üzə gəldi - Baku TV

İdman
02 dekabr 2025 406 baxış
Türkiyə derbisində iki önəmli klub qarşılaşdı

Türkiyə derbisində iki önəmli klub qarşılaşdı

İdman
02 dekabr 2025 406 baxış
"Fənərbağça" son dəqiqədə məğlubiyyətdən xilas oldu

"Fənərbağça" son dəqiqədə məğlubiyyətdən xilas oldu

İdman
02 dekabr 2025 406 baxış
Fiqurlu konkisürənimizin möhtəşəm performansı

Fiqurlu konkisürənimizin möhtəşəm performansı

İdman
02 dekabr 2025 406 baxış
Qurban Qurbanov “Qarabağ” komandası ilə 800-cü oyununu keçirdi

Qurban Qurbanov “Qarabağ” komandası ilə 800-cü oyununu keçirdi

İdman
01 dekabr 2025 406 baxış
Azərbaycan kikboksçuları WAKO dünya çempionatında 12 medalla qayıtdı

Azərbaycan kikboksçuları WAKO dünya çempionatında 12 medalla qayıtdı

İdman
01 dekabr 2025 406 baxış
Seçilmişlər
icon