La Liqa: “Atletiko” - “Barselona” matçında 6 qol vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya çempionatında titul uğrunda önəm daşıyan görüşlərdən biri keçirilib.
28-ci turun “Atletiko” ‒ “Barselona” oyununda azarkeşlər 6 qol görüblər.
Hesabı 45-ci dəqiqədə Madrid komandasının argentinalı ulduzu Xulian Alvares açıb.
70-ci dəqiqədə Aleksandr Sörlott 2-ci topu kataloniyalıların qapısına göndərib. Lakin “blauqrana” dönüş etməyi bacarıb. Əvvəlcə 72-ci dəqiqədə Robert Levandovski fərqi azaldıb. 6 dəqiqə sonra Ferran Torres tarazlığı bərpa edib: 2-2.
Əsas vaxta artırılan dəqiqələrdə qonaqlar daha 2 qol vurublar. Dubl edən Torreslə yanaşı, Lamin Yamal qapını dəqiq nişan alıb. “Atletiko” ‒ “Barselona”: 2-4.
Bu qələbə sayəsində “Barsa” xallarının sayını 60-a çatdıraraq La Liqada yenidən liderliyə yüksəlib. Eyni sayda xalı olan və bir oyun çox keçirən Madrid “Real”ı 2-ci yerdədir. İlk 3-lüyü 56 xalla “Atletiko” qapayır.
#Barselona FK teqi istifadə olunub
- "Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri
- “Qalatasaray” - “Barselona” oyunu futbol tarixinə necə düşdü? - Yeni idman xəbərləri - Baku TV
- Dyökereş “Arsenal”dan ayrılmağa hazırlaşır? | Yeni idman xəbərləri - Baku TV
- İspaniya nəhəngi "Çelsi"nin oyunçusunu transfer etmək istəyir
- Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri
