Pleyeri seçin:
Lionel Messi Argentina millisində vurduğu qolların sayını 115-ə çatdırıb
"İnter Mayami" klubunun hücumçusu Lionel Messi Argentina millisinin ən yaxşı bombardirləri siyahısında rəqiblərindən daha da uzaqlaşır.
Futbolçu Anqola millisi ilə yoxlama oyununda fərqlənərək milli komandada vurduğu qolların sayını 115-ə çatdırıb.
Xarici KİV xəbər verir ki, Messinin qollarının 56-sı 30 yaşını keçdikdən sonra vurulub. Bu isə Argentina millisinin ikinci ən məhsuldar futbolçusu Qabriel Batistutanın bütün karyerası boyu yığmada vurduğu qollardan daha çoxdur.
38 yaşlı forvard Argentina yığmasının heyətində ümumilikdə 196 oyuna çıxıb. Onun millidə debütü 2005-ci ilin avqustuna təsadüf edir.
Kopyalandı
#Argentina millisi teqi istifadə olunub
- Futbol meydanı necə siyasi səhnəyə çevrildi? | DÇ-2026-dan sonra bitməyən qalmaqallar - Baku TV
- DÇ-2026 yekunlaşdı: İspaniya-Argentina oyununun detallı təhlili
- Dünya kuboku uğrunda mübarizə | İspaniya-Argentina oyunundan öncə müzakirə
- İngiltərə-Argentina matçında ən yaxşı oyunçu kim oldu? - Yeni idman xəbərləri
- Argentinadan DÇ-2026-da daha bir möhtəşəm “remontada” | Keyn də kubokla vidalaşdı
