Pleyeri seçin:
Lionel Messi karyerasını “Barselona”da davam etdirə bilər
Dünya futbolunun canlı əfsanəsi Lionel Messi “Barselona”ya qayıdacaq.
Bu barədə məşhur argentinalı jurnalist Aleks Kandal məlumat yayıb.
O bildirib ki, Messi yenidən “Kamp Nou” stadionunda oynamayana qədər karyerasını bitirmək fikrində deyil. Hazırda “İnter Mayami”də çıxış edən forvard mövsüm başa çatdıqdan sonra bir neçə ay müddətinə icarə əsasında Kataloniya klubuna keçəcək.
Maraq üçün deyək ki, daha əvvəl Messinin PSJ-dən “İnter Mayami”yə keçidi ilə bağlı ilk xəbəri də məhz Aleks Kandal açıqlamışdı.
Kopyalandı
#Lionel Messi teqi istifadə olunub
