Pleyeri seçin:

Millətlər Liqasında İngiltərə və İtaliyanın uğursuzluğu

11 oktyabr 2024 544 baxış

UEFA Millətlər liqasının 3-cü turunda gözlənilməz nəticələrdən biri Londonda qeydə alınıb.

“Uembli” arenasında Yunanıstan yığmasını qəbul edən İngiltərə seçməsi 1-2 hesabı ilə uduzub. Hesabı 49-cu dəqiqədə qonaqların üzvü Vangelis Pavlidis açıb. Meydan sahibləri 87-ci dəqiqədə Cud Bellingemin topu ilə tarazlığı bərpa etsələr də, əsas vaxta artılan dəqiqələrdə Pavlidis dublunu rəsmiləşdirib.

Beləliklə, B liqasının 2-ci qrupunda 3-cü qələbəsini qazanan Yunanıstan kollektivi maksimum nəticə ilə 1-ci yerdədir. İngiltərə millisi isə 2-cidir.

Romada təşkil olunan digər matçda İtaliya və Belçika futbolçuları üz-üzə gəliblər. Apennin yarımadasının təmsilçiləri artıq 1-ci dəqiqədə Kambyasonun qolu ilə irəli çıxıblar. 24-cü dəqiqədə Mateo Reteqi 2-ci topu “qırmızı şeytanlar”ın qapısına göndərib.

Az sonra İtaliya seçməsi azlıqda qalıb. Lorenso Pelleqrini birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra qonaqlar dönüş edə biliblər. Əvvəlcə fasilə ərəfəsində Maksim De Köyper toplardan birinin əvəzini çıxıb. 1 saatın tamamında isə Leandro Trossard komandasını məğlubiyyətdən xilas edən qolu vurub.

Qarşılaşma 2-2 hesabı ilə bitib. 3 turdan sonra 7 xal toplayan “Skuadra Adzurra” A liqasının 2-ci qrupunda 1-ci, 4 xalı olan Belçika isə 3-cü yerdədir.

Banner
“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

İdman
03 noyabr 2026 544 baxış
"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

İdman
03 noyabr 2026 544 baxış
Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

İdman
02 noyabr 2026 544 baxış
Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

İdman
02 noyabr 2026 544 baxış
Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

İdman
01 noyabr 2026 544 baxış
İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
31 oktyabr 2026 544 baxış
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

İdman
31 oktyabr 2026 544 baxış
FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

İdman
30 oktyabr 2026 544 baxış
"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

İdman
29 oktyabr 2026 544 baxış
Toni Kroos PSJ barədə danışdı

Toni Kroos PSJ barədə danışdı

İdman
29 oktyabr 2026 544 baxış
Seçilmişlər
icon