Pleyeri seçin:
MMA döyüşçümüz nokautla qələbəsini bayrağımızla qeyd edib
Azərbaycanlı MMA döyüşçüsü Mirəli Hüseynov “Lights Out Xtreme Fighting” təşkilatında kəmər qazanıb.
Los-Anceles şəhərində keçirilən turnirdə 75 kq çəkidə çıxış edən Mirəli yerli idmançı Tommi Aaronla üz-üzə gəlib. M.Hüseynov artıq ilk raundda rəqibini nokauta salaraq kəmərin sahibi olub. O, qələbəsini Azərbaycan bayrağı ilə qeyd edib.
Qeyd edək ki, peşəkar karyerası ərzində 10 döyüş keçirən və bunlardan 7-də qələbə qazanan Mirəli Hüseynov 3 dəfə isə məğlub olub. Onun qalib gəldiyi Tommi Aaron isə ümumən 20 görüşdə qüvvəsini sınayıb. 12 dəfə rəqiblərindən güclü olan Tommi 8 dəfə isə məğlubiyyətlə üzləşib.
Kopyalandı
#MMA teqi istifadə olunub
- Güləş elementləri UFC-dən yığışdırılmalıdır? | İDMANDA NƏ BAŞ VERİR?
- Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında paylaşım edib
- Tofiq Musayev Bakıda qarşılaşacağı rəqibini dəyərləndirdi
- Rafael Fiziyevin Bahamondesə qarşı şansları dəyərləndirildi
- Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxovun Bakıdakı yarışda şansları dəyərləndirildi
