İdman
Pleyeri seçin:
“Neftçi” bu futbolçunun müqaviləsinə qarşılıqlı razılıqla xitam verdi
“Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Daha əvvəl macarıstanlı müdafiəçi Mark Tamaşla vidalaşan “ağ-qaralar” Kilan Lebonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Göstərdiyi xidmətlərə görə 27 yaşlı fransalı oyunçuya təşəkkür edən klub ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Kilan Lebon 2023-cü ilin yanvarından “Neftçi”də çıxış edirdi. Bu müddət ərzində 72 görüşə qatılan vinger 6 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Kopyalandı