Pleyeri seçin:

“Neftçi” və “Beşiktaş” müxtəlif sahələrdə əməkdaşlıq edəcək

17 avqust 2023 317 baxış

“Neftçi” və “Beşiktaş” klubları arasında əməkdaşlıq protokolu imzalanıb. Bu barədə Bakı komandasının “Facebook” hesabında məlumat verilib.

Bildirilib ki, Konfrans Liqası matçından əvvəl klub rəsmiləri arasında görüşdə “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov və “Beşiktaş”ın ikinci prezidenti Engin Baltacı bir-birinə xatirə hədiyyələri təqdim ediblər. Daha sonra klublar arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb.

Razılaşmaya əsasən, “Neftçi” və “Beşiktaş” gələcəkdə əsas komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi, akademiya məşqçiləri və futbolçuları arasında təcrübə mübadilələrinin aparılması, həmçinin media, marketinq və digər sahələrdə bir-biri ilə qarşılıqlı əməkdaşlıq edəcəklər.

Xatırladaq ki, “Beşiktaş” və “Neftçi” komandaları bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22-də başlanacaq.  

Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri

Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri

İdman
23 sentyabr 2026 317 baxış
İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV

İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV

İdman
23 sentyabr 2026 317 baxış
UEFA rəsmiləri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

UEFA rəsmiləri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

İdman
22 sentyabr 2026 317 baxış
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təqvimi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təqvimi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

İdman
22 sentyabr 2026 317 baxış
Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

İdman
21 sentyabr 2026 317 baxış
Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

İdman
21 sentyabr 2026 317 baxış
APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

İdman
20 sentyabr 2026 317 baxış
Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

İdman
19 sentyabr 2026 317 baxış
"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

İdman
18 sentyabr 2026 317 baxış
Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

İdman
18 sentyabr 2026 317 baxış
Seçilmişlər
icon