Pleyeri seçin:
“Neftçi“nin qadın futbolçulardan ibarət komandasının Çempionlar Liqasındakı rəqibi müəyyənləşib
“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Yarımfinal və final görüşlərindən ibarət olacaq təsnifatın püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
Püşkün nəticələrinə əsasən, “Neftçi” 4-cü qrupda yarımfinalda Türkiyənin “Fomget” klubu ilə qarşılaşacaq.
Birinci təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də oynanılacaq. Əgər Bakı klubu Ankara təmsilçisini mübarizədən kənarlaşdırarsa, finalda İsrailin “Kiryat” klubu ilə üz-üzə gələcək.
Kopyalandı
#Futbol xəbərləri teqi istifadə olunub
- Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı
- Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri
- "Barselona" "Mançester Yunayted"in gənc ulduzunu istəyir | Yeni idman xəbərləri - Baku TV
- Futbolda yeni cəza
- Futbolda qara kart nədir və hansı hallarda tətbiq olunacaq? - Baku TV
