Nəriman Axundzadə “Qarabağ”dan ayrılır?
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın gənc ulduzu Nəriman Axundzadə karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər.
20 yaşlı hücumçu əvvəlki illərin məşhur futbolçularından Ernan Kresponun baş məşqçisi olduğu “Əl-Əin”in transfer hədəfidir.
Yerli mediada yayılan xəbərə görə, bu klub hələ ötən mövsüm “Braqa” ilə Avropa Liqası matçlarından sonra N.Axundzadənin çıxışını diqqətlə izləyir.
Bildirilib ki, “Əl-Əin” keçidi reallaşdırmaq üçün bu mövsümün sonunda “köhlən atlar”a rəsmi təklif göndərəcək.
Qeyd edək ki, müqaviləsi 2028-ci ilədək olan Nəriman 2023-cü ildən “Qarabağ”ın əsas heyətində çıxış edir. Bu müddət ərzində 68 oyunda iştirak edən forvard 18 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Ağdam təmsilçisi ilə Azərbaycan çempionatı və Kubokunu qazanan istedadlı futbolçu həm də 21 yaşadək yığmamızın üzvüdür. Bu komandamızda 9 matçda 1 qol vuran N.Axundzadə əsas millidə 1 qarşılaşmada meydana çıxıb.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
