Pleyeri seçin:
“Pari Sen Jermen”in yeni baş məşqçisi açıqlanıb
İspaniyalı mütəxəssis Luis Enrike “Pari Sen-Jermen” komandasının baş məşqçisi təyin olunub.
Klubun rəsmi saytında verilən məlumata əsasən, 53 yaşlı çalışdırıcı Paris təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, L.Enrike bu vəzifədə Kristof Qaltyeni əvəzləyib. Ötən mövsüm Qaltyenin rəhbərliyi ilə “Pari Sen-Jermen” Fransa çempionu olsa da, komandanın Çempionlar liqasında zəif çıxışı Kristofun istefası ilə nəticələnib.
Kopyalandı
#PSJ FK teqi istifadə olunub
