Pəhləvanlarımız 1 gündə 2 erməni güləşçini məğlub edib
Sərbəst güləşçimiz Maqomed-Başir Xaniyev Rumıniyada keçirilən 23 yaşadək idmançıların Avropa çempionatında qızıl medal qazanıb.
70 kq çəkidə çıxış edən M.Xaniyev həlledici görüşdə ermənistanlı Hayk Papikyanla üz-üzə gəlib. Rəqibini tam üstünlüklə məğlub edən pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha bir güləşçimiz 79 kq-da qüvvəsini sınayan Səbuhi Əmiraslanov da Ermənistan təmsilçisi ilə qarşılaşıb. S.Əmiraslanov rəqibi Narek Qriqoryana 4:1 hesabı ilə qalib gələrək turnirin bürünc mükafatını qazanıb.
Digər təmsilçilərimizdən 97 kq çəkidə mübarizə aparan İslam İlyasov ardıcıl 2-ci dəfə Avropa çempionu olub. Finalda Türkiyə idmançısı ilə üz-üzə gələn İslam 6:1 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.
65 kq-da yarışan Rəşid Babazadə isə 1-ci yer uğrunda görüşə vəsiqə qazansa da, yarımfinalda zədələndiyi üçün final görüşünə qatıla bilməyib və gümüş medalla kifayətlənib.
Bununla da, pəhləvanlarımız Buxarestdə keçirilən turnirdə 2 qızıl, 1 gümüş və 1 bürünc mükafatın sahibi olublar.
#Sərbəst güləş teqi istifadə olunub
- Güləşçimiz Ali Tsokayev 86 kq çəki dərəcəsində bürünc medal qazanıb
- "Bəzi idmançılarda xarakter çatışmazlığı var" | İDMANDA NƏ BAŞ VERİR?
- Sərbəst güləş yığmamız qitə çempionatında 6 medal qazanıb
- Güləşçilərimiz Avropa çempionatında ilk medalları qazanıblar
- Güləşçimiz Elnurə Məmmədova Avropa çempionu olub
