Premyer Liqada 24-cü tura yekun vurulub
Avropa liqasında tarix yazan “Qarabağ” ölkə çempionatının 24-cü turunda “Sumqayıt”la üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş “köhlən atlar”ın qələbəsi ilə bitib.
Qarşılaşmanın ilk hissəsində tərəflərin hücumları nəticə verməyib. Hesabı 52-ci dəqiqədə Adama Diakabi açıb.
Bundan sonra da təzyiqi davam etdirən meydan sahibləri 83-cü dəqiqədə 2-ci topu vurublar. Yassin Benzia fərqlənib. “Qarabağ” – “Sumqayıt”: 2-0. Qalibiyyətdən sonra 54 xalı olan “Qarabağ” liderliyini davam etdirir.
Daha bir qarşılaşmada “Araz-Naxçıvan” kollektivi “Zirə”ni qəbul edib. “Dalğa Arena”da baş tutan matç “qartallar”ın 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə”nin heyətində Rafael Utsiq və Rəhim Sadıxov fərqlənib. Daha bir epizodda Vanderson avtoqol müəllifi olub. Bu nəticədən sonra 10 oyunluq qalibiyyətsizlik seriyasını sonlandıran “Zirə” 35 xalla 4-cü yerdədir.