Pleyeri seçin:

"Qalatasaray" Osimheni Türkiyə futbolu üçün rekord məbləğə alıb

01 avqust 2025 734 baxış

İstanbulun “Qalatasaray” klubu İtaliyanın “Napoli” klubunun nigeriyalı futbolçusu Viktor Osimhenin transferini başa çatdırıb.

Futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Qalatasaray” Osimhen üçün 75 milyon avro ödəyib və bu, Türkiyə çempionatının yeni rekordu olub.

Əvvəlki rekord 2024-cü ilin yayında İstanbulun “Fənərbağça” komandasının 19,5 milyon avroya İspaniyanın “Sevilya” klubundan Mərakeş millisinin hücumçusu Yusif Ən-Nəsirini alması ilə müəyyən edilmişdi.

Osimhenin 26 yaşı var. O, ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. Forvard klubda müxtəlif turnirlərdə 41 oyun keçirib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib. 26 qolla futbolçu Türkiyə çempionatının bombardiri olub.

Ötən ay bildirilmişdi ki, “Qalatasaray” Osimhenlə razılığa gəlib. Nigeriyalı hücumçu hər mövsüm üçün 18 milyon avro qazanacaq. Sözləşmədə yer alan bəndə əsasən, Osimhen növbəti 2 il ərzində heç bir İtaliya klubuna transfer oluna bilməz.

Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri

Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri

İdman
23 sentyabr 2026 734 baxış
İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV

İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV

İdman
23 sentyabr 2026 734 baxış
UEFA rəsmiləri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

UEFA rəsmiləri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

İdman
22 sentyabr 2026 734 baxış
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təqvimi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təqvimi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

İdman
22 sentyabr 2026 734 baxış
Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

İdman
21 sentyabr 2026 734 baxış
Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

İdman
21 sentyabr 2026 734 baxış
APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

İdman
20 sentyabr 2026 734 baxış
Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

İdman
19 sentyabr 2026 734 baxış
"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

İdman
18 sentyabr 2026 734 baxış
Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

İdman
18 sentyabr 2026 734 baxış
Seçilmişlər
icon