“Qalatasaray” və “Fənərbağça” klubları Türkiyədə belə qarşılandı
Ötən gecə Səudiyyə Ərəbistanında “Qalatasaray” və “Fənərbağça” arasında keçirilməli olan Super Kubok matçının ləğvindən sonra komandalar Türkiyəyə qayıdıblar.
Onlar hava limanında böyük coşqu ilə qarşılanıblar. Fanatlar əllərində bayraqlar və Mustafa Kamal Atatürkün pankartları ilə şüarlar səsləndirərək klublarına dəstək nümayiş etdiriblər.
Xatırladaq ki, oyundan əvvəl Ərəbistan hakimiyyəti arenada Mustafa Kamal Atatürklə bağlı pankartların açılmasını, eləcə də futbolçuların Atatürkün fotosu olan köynəklərlə məşqə çıxmasını qadağan edib.
Onlar əvvəlcə stadionda Türkiyə himninin səsləndirilməsinə də qarşı çıxıblar. Daha sonra himnin səsləndirilməsinə icazə verilsə də, digər məsələlərlə bağlı razılıq əldə olunmayıb. Bu səbəbdən “Qalatasaray” və “Fənərbağça” klubları Türkiyəyə qayıtmağı qərara alıblar.
#Səudiyyə Ərəbistanı teqi istifadə olunub
- "Saudi Aramco" və hava limanları vuruldu
- Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna qarşı hücum - Baku TV CANLI
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
- Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcılarını yerləşdirəcək
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb
