Pleyeri seçin:

Qarabağ Avropa liqasının pley-off mərhələsində

15 dekabr 2023 288 baxış

“Qarabağ” komandası tarixi nailiyyətə imza atıb.

“Köhlən atlar” Avropa liqasında pley-offa yüksələn ilk klubumuz adına yiyələnib. Azərbaycan çempionu bu uğura qrup mərhələsinin son turunda “Hekken”i məğlub etməklə nail olub.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə hesab artıq 1-ci dəqiqədə açılıb. Leandro Andrade “Qarabağ”ı irəli çıxarıb. İlk hissənin sonlarında fərq 2-yə yüksəlib. Yassin Benzia təmsilçimizin üstünlüyünü möhkəmləndirib. İlk hissə 2-0 hesabı ilə yekunlaşıb.

56-cı dəqiqədə “Qarabağ” azlıqda qalıb. Marko Veşoviç birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. “Hekken” bundan sonra təzyiqi artırsa da, ancaq 1 qolun əvəzini çıxa bilib. Artırılan dəqiqələrdə Bədavi Hüseynov avtoqol müəllifi olub. Qarşılaşma “Qarabağ”ın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra komandamız H qrupunda xallarının sayını 10-a çatdırıb. Qrup mərhələsini 2-ci yerdə tamamlayan “Qarabağ” ölkə futbolu tarixində Avropa liqasının pley-offuna yüksələn ilk kollektiv olub.

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən futbol turnirinin açılış mərasimi keçirildi - Baku TV

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən futbol turnirinin açılış mərasimi keçirildi - Baku TV

İdman
26 sentyabr 2026 288 baxış
Formula 1 üzrə Azərbaycan Qran-prisi başa çatdı | Qaliblər mükafatlandırıldı - Baku TV

Formula 1 üzrə Azərbaycan Qran-prisi başa çatdı | Qaliblər mükafatlandırıldı - Baku TV

İdman
26 sentyabr 2026 288 baxış
Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV

Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV

İdman
26 sentyabr 2026 288 baxış
Bellinqem ardıcıl ikinci dəfə ilin ən yaxşı futbolçusu oldu

Bellinqem ardıcıl ikinci dəfə ilin ən yaxşı futbolçusu oldu

İdman
26 sentyabr 2026 288 baxış
Trasda pilotları təhlükədən xilas edən gəncdən eksklüziv açıqlama - Baku TV

Trasda pilotları təhlükədən xilas edən gəncdən eksklüziv açıqlama - Baku TV

İdman
26 sentyabr 2026 288 baxış
Azərbaycan Qran-prisinin final günündə bütün diqqət əsas yarışa yönələcək - Baku TV

Azərbaycan Qran-prisinin final günündə bütün diqqət əsas yarışa yönələcək - Baku TV

İdman
26 sentyabr 2026 288 baxış
Yarışın ikinci günündə iştirakçılar Bakı barədə təəssüratlarını bölüşüblər - Baku TV

Yarışın ikinci günündə iştirakçılar Bakı barədə təəssüratlarını bölüşüblər - Baku TV

İdman
26 sentyabr 2026 288 baxış
Bakı Şəhər Halqasında temp yüksəlir | Formula 1-in ikinci günündə nələr yaşandı? - Baku TV

Bakı Şəhər Halqasında temp yüksəlir | Formula 1-in ikinci günündə nələr yaşandı? - Baku TV

İdman
25 sentyabr 2026 288 baxış
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün neçə bilet satıldı? - Baku TV

"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün neçə bilet satıldı? - Baku TV

İdman
25 sentyabr 2026 288 baxış
AMADA maarifləndirici seminar təşkil etdi - Yeni idman xəbərləri

AMADA maarifləndirici seminar təşkil etdi - Yeni idman xəbərləri

İdman
25 sentyabr 2026 288 baxış
Seçilmişlər
icon