Pleyeri seçin:
"Qarabağ"-"Ayntraxt" oyununu izləmək istəyirsinizsə...
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Ayntraxt Frankfurt” oyununun biletləri satışa çıxarılıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna biletlər 10-1000 manat aralığındadır. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar 200, 250, 300, 400 və 1000 manatdır. Biletlər “iTicket.AZ”ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Kopyalandı
