“Qarabağ” bu oyunçusuna yeni müqavilə hazırlayır
“Qarabağ” klubu əsas oyunçularından olan Abbas Hüseynovu komandada saxlamaq niyyətindədir.
Mediada yayılan məlumata görə, “köhlən atlar” mövsüm sonunda 28 yaşlı müdafiəçiyə yeni müqavilə təklif edəcək.
Belə ki, daha əvvəl yayda icarəyə göndərilməsi planlaşdırılan A.Hüseynov zədəsini sağaltdıqdan sonra son oyunlarda nümayiş etdirdiyi performansla Qurban Qurbanovu yaxşı mənada təəccübləndirib. Bu səbəbdən Abbas üçün yeni müqavilə hazırlanacaq. Futbolçunun da “Qarabağ”da qalmağa müsbət yanaşdığı bildirilib.
Qeyd edək ki, Abbas Hüseynov 2017-ci ildən “Qarabağ”da çıxış edir. Bu müddət ərzində 141 qarşılaşmada forma geyinən oyunçu 5 qol və 10 asistin müəllifi olub. Ağdamlılarla 6 dəfə ölkə çempionu olan futbolçu 1 dəfə isə Kubokda qalib gəlib.
Əlavə edək ki, 2018-2021-ci illərdə Azərbaycan millisinə də çağırılan A.Hüseynov 15 oyunda meydana çıxıb.
#Qarabağ FK teqi istifadə olunub
- "Neftçi" geridönüş edə biləcək? | "İdmanda nə baş verir?"də qarşıdakı vacib matç müzakirə olundu
- "Qarabağ"ın baş direktoru Əmrah Çelikəl sualları cavablandırdı - Baku TV
- Qələbəni böyük coşqu ilə qarşılayan "Qarabağ" azarkeşləri öz sevinclərini bölüşdülər - Baku TV
- AFFA Hakimlər Komitəsindən "Sabah" - "Qarabağ" oyunundakı qərarlarla bağlı açıqlama - Baku TV
- "Qarabağ" və "Sabah" komandalarının baş məşqçiləri hakimin qərarı ilə bağlı nə dedilər? - Baku TV
