Pleyeri seçin:
“Qarabağ” Premyer liqanın 15-ci turunda “Qəbələ” ilə qarşılaşıb
Azərbaycan Premyer liqasında 15-ci tura “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş “köhlən atlar”ın 3-0 hesablı qələbəsi ilə bitib. Oyunda hesabı 8-ci dəqiqədə Hamidu Keyta açıb. Fasiləyə tərəflər “Qarabağ”ın minimal üstünlüyü ilə yollanıblar.
64-cü dəqiqədə Ağdam təmsilçisi fərqi 2-yə çatdırıb. Bu dəfə Nəriman Axundzadə azarkeşləri sevindirib. Qarşılaşmada son nöqtəni Juninyo qoyub. “Qarabağ” – “Qəbələ”: 3-0.
Ardıcıl 4-cü qələbədən sonra xallarının sayını 32-yə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. Komanda 2-ci yerdəki “Zirə”ni 4 xal qabaqlayır.
Kopyalandı
#Azərbaycan Premyer Liqası teqi istifadə olunub
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıtdı - Baku TV
- Coy-Lens Mikels Premyer Liqanın ən məhsuldar legioneri oldu
- Azərbaycan Premyer Liqasının III turunda nələr yaşandı? - Yeni idman xəbərləri - Baku TV
- Son çempion "Çorum"la bacara bilmədi | Yeni idman xəbərləri - Baku TV
