Pleyeri seçin:

Qarabağ və Qalatasaray arasında xeyriyyə oyunu

27 mart 2023 383 baxış

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qalatasaray” komandası erkən qolla hesabı açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib. “Qalatasaray” matçın 87-ci dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, “Qarabağ” - “Qalatasaray” xeyriyyə matçı İstanbul klubunun qələbəsi ilə bitib: 1-2.

“Qalatasaray” futbol klubunun prezidenti Dursun Özbək İ.Əliyevə komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib. Bu oyun qardaş Türkiyədə baş vermiş “əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək.

Oyun üçün satışa çıxarılan 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.

Bunu La Liqanın prezidenti təsdiq etdi

Bunu La Liqanın prezidenti təsdiq etdi

İdman
21 mart 2026 383 baxış
“Qarabağ” Azərbaycan çempionatında xal itirdi | Yeni idman xəbərləri - Baku TV

“Qarabağ” Azərbaycan çempionatında xal itirdi | Yeni idman xəbərləri - Baku TV

İdman
21 mart 2026 383 baxış
"Qarabağ"ın məşhur futbolçusu bu xəbərlə gündəmə düşdü | Yeni idman xəbərləri - Baku TV

"Qarabağ"ın məşhur futbolçusu bu xəbərlə gündəmə düşdü | Yeni idman xəbərləri - Baku TV

İdman
20 mart 2026 383 baxış
“Blauqrana” Reşfordla bağlı qərarını yekunlaşdırdı

“Blauqrana” Reşfordla bağlı qərarını yekunlaşdırdı

İdman
20 mart 2026 383 baxış
"Liverpul" - "Qalatasaray" matçında maraqlı məqamlar | Yeni idman xəbərləri - Baku TV

"Liverpul" - "Qalatasaray" matçında maraqlı məqamlar | Yeni idman xəbərləri - Baku TV

İdman
20 mart 2026 383 baxış
"Sabah", yoxsa "Qarabağ"? - Avropada Azərbaycanı neçə komanda təmsil edəcək? - Baku TV

"Sabah", yoxsa "Qarabağ"? - Avropada Azərbaycanı neçə komanda təmsil edəcək? - Baku TV

İdman
19 mart 2026 383 baxış
Qazaxıstanlı idmançı 2-ci dəfə dopinq testinə cəlb olunub

Qazaxıstanlı idmançı 2-ci dəfə dopinq testinə cəlb olunub

İdman
18 mart 2026 383 baxış
Azərbaycanlı məşqçilər beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanlı məşqçilər beynəlxalq seminarda iştirak ediblər

İdman
18 mart 2026 383 baxış
Portuqaliyalı ulduz futbolçu Ronaldu hazırda nə qədər qazanır? - Baku TV

Portuqaliyalı ulduz futbolçu Ronaldu hazırda nə qədər qazanır? - Baku TV

İdman
18 mart 2026 383 baxış
4 qapıçı zədələndi, qapı 16 yaşlı uşağa qaldı

4 qapıçı zədələndi, qapı 16 yaşlı uşağa qaldı

İdman
17 mart 2026 383 baxış
Seçilmişlər
icon