Pleyeri seçin:
“Qarabağ”dan Abdullah Zubirlə bağlı qərar
"Qarabağ" klubu ulduz futbolçusu Abdullah Zubirlə yeni müqavilə imzalayıb.
Bu barədə “köhlən atlar”ın rəsmi sosial media hesablarında paylaşım edilib.
Ağdam təmsilçisi Mərakeş əsilli fransalı futbolçu ilə 3 illik yeni sözləşmənin şərtlərini razılaşdırıb. 32 yaşlı futbolçu 2027-ci ilin yayına qədər ağdamlıların formasını geyinəcək.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən "köhlən atlar"ın şərəfini qoruyur. Bu müddət ərzində 263 oyuna çıxan yarımmüdafiəçi 61 qol və 73 məhsuldar ötürmə müəllifi olub. Eyni zamanda o, “Qarabağ”la 5 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə ölkə Kubokunun qalibi olub.
Maraq üçün deyək ki, A.Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Elvin Camalov "Qəbələ" ilə müqavilə imzalayacaq | Yeni idman xəbərləri - Baku TV
- Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri
- Koxalski “Qarabağ”dan niyə getdi? - Yeni idman xəbərləri - Baku TV
