Pleyeri seçin:
“Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” komandasının UEFA Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib.
Təmsilçimiz turnirin III təsnifat mərhələsində “Ludoqorets” kollektivi ilə qarşılaşacaq.
Belə ki, II təsnifat mərhələsində Belarusun “Dinamo Minsk” komandası ilə üz-üzə gələn Bolqarıstan klubu iki oyunun yekununda 2-1 hesablı qələbə qazanaraq “köhlən atlar”a rəqib olub.
Qeyd edək ki, “Qarabağ” və “Ludoqorets” arasında ilk matç avqustun 6-sı Bakıda təşkil olunacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21-də start götürəcək. Tərəflərin cavab qarşılaşması isə avqustun 13-ü Bolqarıstanın Razqrad şəhərində baş tutacaq.
Kopyalandı
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV
- Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV
- Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV
- Toni Kroos PSJ barədə danışdı
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
