Pleyeri seçin:
“Qarabağ“ın yeni hücumçu axtarışı davam edir
Hücum xəttini gücləndirə biləcək futbolçu axtarışını davam etdirən “Qarabağ” sabiq oyunçusu İbrahima Vadjini komandaya qaytarmağı nəzərdən keçirir.
Yayılan məlumata görə, “köhlən atlar” hazırda bir neçə forvardın nümayəndələri ilə danışıqlar aparır. Əgər yekun razılıq əldə olunmasa, klub İ.Vadjinin transferi üzərində çalışacaq.
Qeyd edək ki, İbrahima daha əvvəl 2021/22-ci illər mövsümündə Ağdam təmsilçisində forma geyinib. Bütün yarışlar nəzərə alınmaqla 36 matça çıxan hücumçu 20 qol və 3 assistlə yadda qalıb. 2022-ci ilin yayında isə o, 1 milyon avroya Fransanın “Sent-Etyen” klubuna keçib. Hazırda da bu komandada top qovan İ.Vadji cari mövsüm Liqa 1-də 7 görüşdə iştirak etsə də, qolla yadda qalmayıb.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- I turdan təxirə salınmış “Sabah”la oyunda Ağdam klubu 7000 AZN cərimə olunub
- "Qarabağ"ın qapıçısı Plattlinq şəhərində əməliyyat olunub - Baku TV
- AFFA-dan bu klublarla bağlı qərar - Baku TV
- “Bu cür oyunlar nadir hallarda olur” | Qurban Qurbanov “Ayaks”la matçı dəyərləndirdi - Baku TV
- Ukrayna seçkilərə hazırdır? | “Qarabağ” - “Ayaks” matçı | Lavrovdan xəbərdarlıq - YENİ BİR SƏHƏR
