Qitə çempionatında 6 medal qazanan millimiz vətənə qayıdıb
“İrəlidəki dünya çempionatında qızıl medal qazanaraq karyeramı başa vurmaq istəyirəm”.
Bunu Avropa çempionatında gümüş medal qazandıqdan sonra Vətənə qayıdan Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Mükafatçısı olduğu Avropa çempionatının yarımfinal mərhələsində erməni güləşçi ilə görüşündən danışan idmançı ona qarşı xüsusi taktika işlətdiyini söyləyib:
“Erməni ilə artıq dördüncü dəfədir qarşılaşıram. Özüm elə taktika seçdim ki, birinci seti aşağıda oturum, ikinci setdə bütün var gücümü qoyaraq qələbə qazanım. Elə qurduğum taktika ilə də getdim, rəqib bilirdi ki, bundan öncəki yarışda onu qaldırıb atmışam və bunu yenə etmək istəyəcəyəm. Ancaq ondan müdafiə olunurdu deyə başqa fənd edəsi oldum. Bu fəndin üzərində işləmişdim, onu icra edib qələbə çalaraq, finala vəsiqə qazandım”.
#Yunan-Roma güləşi teqi istifadə olunub
- Serbiyada bürünc medal qazanan güləş üzrə U-23 millimiz Vətənə qayıdıb
- Millimiz dünya üçüncüsü oldu | Yunan-Roma güləşçilərimiz qələbə ilə vətənə döndülər
- İtaliyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub
- Avropa çempionu olan güləşçilərimiz vətənə qayıdıblar
- Pəhləvanlarımız bir gündə 3 qızıl medal qazanıb
