Pleyeri seçin:

Qızdırmalı məşq edirdim | Ülvü Qənizadə və Nihat Məmmədlinin çempionluğa gedən yolu

10 noyabr 2024 851 baxış

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə dünya çempionatında qalib gələn Azərbaycan güləşçiləri Ülvü Qənizadə və Nihat Məmmədli Baku TV-nin qonağı olublar.

Dünya çempionatındakı qələbəyə gedən yolundan bəhs edən Ülvü Qənizadə neçə illik əziyyətinin bəhrəsini gördüyünü deyib.

“Əsas ailəmin sevincidir. Dünya çempionluğu elədir ki, adam aliləşir. Amma ailəmin gözündə olan sevinc, evdəkilərin mənə olan inamını doğrultmaq tamamilə başqa bir şeydir, mənim üçün dünya çempionluğundan da böyük uğurdur”, – deyə o söyləyib.

Ülvü Qənizadə hazırlıq prosesinin çox çətin keçdiyini qeyd edib: “Çünki yarışlara bir həftə qalmış xəstələndim, günlərlə yüksək hərarətim oldu. Qızdırmalı məşq edirdim, yarışa az qalmışdı, həm də məşqçilərin mənə olan inamını itirmək istəmirdim. Son ana kimi mübarizə apardım, çox şükür ki, bunun da nəticəsini gördüm”.

Birinci dəfədir böyüklər arasında dünya çempionu olan Nihat Məmmədli bunun çox qürurverici hiss olduğunu söyləyib:

“Zəhmət çəkmişəm, çətinliklər görmüşəm. Qalib idmançıların hamısı çətinliklər görüb, kasıb ailədə böyüyüblər. Bizim başqa çıxış yolumuz yoxdur. Bilirik ki, ancaq bununla özümüzə yaxşı həyat qura bilərik. Ona görə də əziyyət çəkdik, Allah da bunun qarşılığında qələbələri bizə nəsib etdi”.

Nihat Məmmədli gələcək hədəfləri haqqında da danışıb: “Qarşıdakı hədəfim çempionluqlarımın sayını artırmaqdır. İkiqat, üçqat dünya və Avropa çempionu olmaq istəyirəm. Hələ ki məqsədim budur. Əsas hədəfim isə 60 kiloqrama qayıdıb, 2028-ci il Olimpiya Oyunlarında iştirak etməkdir”.

Banner
Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

İdman
09 noyabr 2026 851 baxış
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 851 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 851 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 851 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 851 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 851 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 851 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 851 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 851 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 851 baxış
Seçilmişlər
icon