"Barselona" La Liqada böyük hesabla uduzdu
La liqanın 16-cı turunda mərkəzi görüş “Barselona” və “Jirona” klubları arasında olub.
Kataloniya kollektivlərinin matçında hesabı 12-ci dəqiqədə qonaqlar açıblar. Artyom Dovbik “Jirona”nı irəli çıxarıb. “Blauqrana”nın cavabı cəmi 7 dəqiqə sonra gəlib. Robert Levandovski tarazlığı bərpa edib. 1-1. Bununla belə fasiləyədək “Jirona” yenidən irəli çıxıb.
Migel Qutyerrez qapını dəqiq nişan alıb. 80-ci dəqiqədə Valeri “Barsa”nı 3-cü dəfə məyus edib. Meydan sahibləri artırılan dəqiqələrdə İlkay Gündoğanın qolu ilə fərqi azaltsalar da, çox keçmədən 4-cü dəfə oyuna mərkəzdən başlamalı olublar. Kristian Stuani qarşılaşmada son nöqtəni qoyub. “Barselona” – “Jirona”: 2-4.
Bu qələbə sayəsində xallarının sayını 41-ə çatdıran “Jirona” “Real”ı qabaqlayaraq liderliyə yüksəlib. 34 xalı olan “Barsa” isə “Atletiko” ilə 3-cü, 4-cü yerləri bölüşdürür.
#Futbol xəbərləri teqi istifadə olunub
- Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı
- Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri
- "Barselona" "Mançester Yunayted"in gənc ulduzunu istəyir | Yeni idman xəbərləri - Baku TV
- Futbolda yeni cəza
- Futbolda qara kart nədir və hansı hallarda tətbiq olunacaq? - Baku TV
