Pleyeri seçin:

"Köhlən atlar" Avropa liqasında növbəti oyununa çıxıb

25 oktyabr 2024 186 baxış

“Qarabağ” klubu UEFA Avropa liqasında növbəti matçına çıxıb.

“Köhlən atlar” Liqa mərhələsinin 3-cü turu çərçivəsində Niderland kollektivi “Ayaks”la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə qapılara 3 qol vurulub. Ağdamlılar oyuna uğursuz start verib. 15-ci dəqiqədə komandamız azlıqda qalıb. Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.

Hesabı 36-cı dəqiqədə qonaqlar açıblar. Kennet Teylor hədəfi dəqiq nişan alıb. “Ayaks” fasiləyə minimal üstünlüklə yollanıb. İkinci yarıda da hücumlarına ara verməyən Amsterdam təmsilçisi 74-cü dəqiqədə fərqi 2-yə çatdırıb. Vaut Veqhorst 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Qarşılaşmada son nöqtəni 77-ci dəqiqədə Çuba Akpom qoyub: 3-0. 2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Bununla da “Qarabağ” oyunu 9 nəfərlə tamamlayıb.

Qeyd edək ki, “Qarabağ” bu nəticə ilə Liqa mərhələsinin yarış cədvəlində sonuncu pillədə qərarlaşıb. 7 xal toplayan “Ayaks” birinci yerdədir.

Əlavə edək ki, “köhlən atlar” Avropa liqasındakı növbəti görüşünü noyabrın 7-si Norveç təmsilçisi “Budo-Qlimt”ə qarşı keçirəcək.

"Qarabağ"-"Ayaks" matçı qonaqların qələbəsi ilə başa çatdı - Baku TV

"Qarabağ"-"Ayaks" matçı qonaqların qələbəsi ilə başa çatdı - Baku TV

İdman
11 dekabr 2025 186 baxış
"Qarabağ"ın gəncləri "Ayaks"a məğlub oldu - Baku TV

"Qarabağ"ın gəncləri "Ayaks"a məğlub oldu - Baku TV

İdman
11 dekabr 2025 186 baxış
"Qarabağ" - "Ayaks" oyunundan sonra Qurban Qurbanovun mətbuat konfransı - CANLI

"Qarabağ" - "Ayaks" oyunundan sonra Qurban Qurbanovun mətbuat konfransı - CANLI

İdman
10 dekabr 2025 186 baxış
"Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək - Baku TV

"Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək - Baku TV

İdman
10 dekabr 2025 186 baxış
Komandanı ukraynalı mütəxəssis Yuri Vernidub çalışdıracaq - Baku TV

Komandanı ukraynalı mütəxəssis Yuri Vernidub çalışdıracaq - Baku TV

İdman
10 dekabr 2025 186 baxış
"Qarabağ" "Ayaks"la oyun öncəsi son məşqinə çıxıb - Baku TV

"Qarabağ" "Ayaks"la oyun öncəsi son məşqinə çıxıb - Baku TV

İdman
09 dekabr 2025 186 baxış
"Sabah" öz meydanında "Neftçi"yə aman vermədi - Baku TV

"Sabah" öz meydanında "Neftçi"yə aman vermədi - Baku TV

İdman
09 dekabr 2025 186 baxış
Türkiyədəki yarışdan Bakıya qayıdan idmançılarımız coşqu ilə qarşılandı - Baku TV

Türkiyədəki yarışdan Bakıya qayıdan idmançılarımız coşqu ilə qarşılandı - Baku TV

İdman
09 dekabr 2025 186 baxış
"Totenhem"in sabiq futbolçusuna qarşı şantaj cavabsız qalmadı - Baku TV

"Totenhem"in sabiq futbolçusuna qarşı şantaj cavabsız qalmadı - Baku TV

İdman
09 dekabr 2025 186 baxış
Myanmalı Van UFC çempionu olaraq tarixə düşdü - Baku TV

Myanmalı Van UFC çempionu olaraq tarixə düşdü - Baku TV

İdman
08 dekabr 2025 186 baxış
Seçilmişlər
icon