"Neftçi" Premyer liqanın 3-cü turunda "Sabah"ı qəbul edib
Azərbaycan çempionatında 3-cü turun növbəti matçı “Neftçi” və “Sabah” arasında olub.
Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşün ilk hissəsində qapılar qarşısında təhlükəli vəziyyətlər yaransa da, hesab açılmayıb.
Qarşılaşmada ilk qol 54-cü dəqiqədə vurulub. “Bayquşlar”ın üzvü Amin Seydiyev komandasını irəli çıxarıb. Buraxılan topdan sonra “ağ-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk ardıcıl əvəzetmələr etsə də, vəziyyət dəyişməyib.
76-cı dəqiqədə isə qonaqlar fərqi artırıblar. Coy Lens Mikels hədəfi dəqiq nişan alıb. Qalan vaxtda başqa qol olmayıb və oyun “Sabah”ın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra “tələbələr” 4 xalla yarış cədvəlində 5-ci, 2 xalı olan “Neftçi” isə 7-ci pillədədir.
Qeyd edək ki, “Sabah” Premyer liqanın 4-cü turunda “Sumqayıt”ı qəbul edəcək. “Neftçi” isə “Araz-Naxçıvan”ın qonağı olacaq.
#Neftçi FK teqi istifadə olunub
- Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atdı | Yeni idman xəbərləri - Baku TV
- Kərim Benzema “Əl-Hilal”dan ayrıldı | Yeni idman xəbərləri
- Murad Məmmədov təxminən 3 həftə futboldan uzaq qalacaq
- "Neftçi" "Araz-Naxçıvan" üzərində böyük hesabla qələbə qazandı | Yeni idman xəbərləri - Baku TV
- "Neftçi” hansı futbolçunu transfer etdi? - Yeni idman xəbərləri - Baku TV
