Pleyeri seçin:
"Qarabağ”ın hücumçusu klubdan ayrılıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qış transfer pəncərəsində heyətini Redon Cica, Yassin Benzia və Adama Diakabi ilə gücləndirən “Qarabağ” Kvabena Ovusu ilə yollarını ayırıb.
“Köhlən atlar”la sözləşməsi bu ilin yayınadək nəzərdə tutulan qanalı hücumçu Macarıstanın “Ferentsvaroş” klubuna transfer olub. Bu barədə Ağdam təmsilçisinin rəsmi feysbuk hesabında məlumat verilib. 25 yaşlı forvard yeni komandası ilə 2025-ci ilin yayınadək müqavilə imzalayıb.
Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından “Qarabağ”ın şərəfini qoruyurdu. Bu müddət ərzində 49 matçda 19 dəfə rəqib qapılarına yol tapan oyunçu 2019-2020-ci illər mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olub.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
