Pleyeri seçin:
"Qarabağ" 3 xalı 5 qolla qazandı
Azərbaycan çempionatında 8-ci tura start verilib.
İlk görüşdə “Qarabağ” klubu doğma meydanında “Sumqayıt” kollektivi ilə üz-üzə gəlib.
“Azersun Arena”da keçirilən görüşdə “Köhlən atlar” darmadağınla qələbə qazanıblar. Oyunda ilk qol 22-ci dəqiqədə vurulub. Juninyo fərqlənib. 27-ci dəqiqədə Juninyo dubl edib. 2-0.
Ağdam təmsilçisi fasilə ərəfəsində daha 2 topu rəqib qapısından keçirib. Toral Bayramov və Leandro Andrade azarkeşləri sevindirib. Matçda son nöqtəni Abdulla Zubir qoyub. “Qarabağ” – “Sumqayıt”: 5-0.
Bu qalibiyyətdən sonra xallarının sayını 16-ya çatdıran “köhlən atlar” turner cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Gənclik şəhəri” təmsilçisi isə 8 xalla 7-cidir.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ”da ulduz futbolçunun gedişi gündəmdə - Baku TV
- “Qarabağ”ın zədəli oyunçuları barədə vacib məlumat - Baku TV
- I turdan təxirə salınmış “Sabah”la oyunda Ağdam klubu 7000 AZN cərimə olunub
- "Qarabağ"ın qapıçısı Plattlinq şəhərində əməliyyat olunub - Baku TV
- AFFA-dan bu klublarla bağlı qərar - Baku TV
