Pleyeri seçin:

"Qarabağ" klubunun prezidenti "Neftçi"yə belə təşəkkür etdi - Baku TV

13 fevral 2026 599 baxış

Misli Premyer Liqasının 21-ci turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, "Qarabağ"ın rəsmi müraciəti, "Neftçi" klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək. Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik yoxdur.

"Qarabağ" klubunun prezidenti Tahir Gözəl "Neftçi"yə təşəkkür edib.

Bu barədə "köhlən atlar"ın rəhbəri klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, "Ağdam" təmsilçisinin "Nyukasl"la pley-off oyunları arasında cəmi 6 gün fasilə olduğunu və bu müddətdə komandanın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq Misli Premyer Liqasının 21-ci turunda keçirilməli olan oyunun təxirə salınmasına razılıq verdiyi üçün "Neftçi"yə təşəkkür edib.

"Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə "Neftçi" rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. "Neftçi" klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi.

Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır. İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Eyni zamanda müraciətimizə əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm. "Neftçi"yə gələcək fəaliyyətində uğurlar arzulayıram", – deyə Tahir Gözəl bildirib. 

Banner
“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

İdman
03 noyabr 2026 599 baxış
"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

İdman
03 noyabr 2026 599 baxış
Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

İdman
02 noyabr 2026 599 baxış
Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

İdman
02 noyabr 2026 599 baxış
Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

İdman
01 noyabr 2026 599 baxış
İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
31 oktyabr 2026 599 baxış
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

İdman
31 oktyabr 2026 599 baxış
FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

İdman
30 oktyabr 2026 599 baxış
"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

İdman
29 oktyabr 2026 599 baxış
Toni Kroos PSJ barədə danışdı

Toni Kroos PSJ barədə danışdı

İdman
29 oktyabr 2026 599 baxış
Seçilmişlər
icon