"Qarabağ" qapını ona əmanət edəcək
Bir müddət öncə Andrey Lunyovla yollarını ayıran “Qarabağ”ın yeni qapıçı axtarışı başa çatmaq üzrədir.
Yerli mediada yayılan məlumata görə, “köhlən atlar” Portuqaliyanın 2-ci divizion klubu "Vizela"nın üzvü Fabiyan Buntiçlə razılıq əldə edib. Bildirilib ki, xorvatiyalı qapıçı yaxın günlərdə Bakıya gələrək tibbi müayinədən keçəcək. Daha sonra isə tərəflər arasında müqavilə imzalanacaq.
Qeyd edək ki, Fabiyan Buntiç Almaniyanın "Ştutqart" klubunun yetirməsidir. 2016-2022-ci illərdə “İnqolştadt” kollektivində çıxış edən F.Buntiç 101 matçda 128 top buraxıb. 2022-ci ilin yayında azad agent kimi keçdiyi “Vizela”da isə 27 yaşlı oyunçu 67 görüşdə qapısında 104 qol görüb.
Əlavə edək ki, “Vizela” ilə müqaviləsi 2025-ci ilədək olan Fabiyanın dəyəri təqribən 600 min avrodur.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ”da ulduz futbolçunun gedişi gündəmdə - Baku TV
- “Qarabağ”ın zədəli oyunçuları barədə vacib məlumat - Baku TV
- I turdan təxirə salınmış “Sabah”la oyunda Ağdam klubu 7000 AZN cərimə olunub
- "Qarabağ"ın qapıçısı Plattlinq şəhərində əməliyyat olunub - Baku TV
- AFFA-dan bu klublarla bağlı qərar - Baku TV
