Pleyeri seçin:
"Qarabağ" qələbəsini İsveçdəki soydaşlarımızla qeyd etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa liqası matçında “Hekken”i 1-0 hesabı ilə məğlub edən “Qarabağ” futbolçuları qalibiyyəti azarkeşlərlə qeyd ediblər.
İsveçdə yaşayan və qarşılaşma ərzində “Qarabağ”ı irəli səsləyən soydaşlarımız görüşdən sonra da dəstəyi davam etdiriblər.
Juninyonun yeganə qolu sayəsində minimal hesablı qələbə qazanan oyunçular da sevinclərini azarkeşlərimizlə bölüşüblər. Qarşılaşma başa çatandan sonra azərbaycanlı fanatların olduğu tribunaya yaxınlaşan futbolçular onlarla birlikdə qələbə nəğmələri səsləndiriblər.
Qeyd edək ki, “Hekken”ə 1-0 hesabı ilə qalib gələn “Qarabağ” 2 turdan sonra maksimum nəticəyə imza atıb. Komandamız “Bayer”lə birliikdə 1-ci, 2-ci yerləri bölüşdürür.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
