Pleyeri seçin:
"Real Madrid" Mauro İkardi üçün təklif hazırlayır
“Qalatasaray”ın ulduzu Mauro İkardi karyerasını “Real Madrid”də davam etdirməyə yaxındır.
Bu barədə İspaniya mətbuatında xəbərlər paylaşılır. Belə ki, “kral klubu” qış transfer pəncərəsində argentinalı hücumçunu heyətə qatmağa hazırlaşır.
“Real”ın Mauro neçə milyon avro təklif etdiyi hələ ki bilinməsə də, keçidin baş tutacağı təqdirdə forvardın illik təqribən 8 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, M.İkardi ötən ilin sentyabrından “Qalatasaray”da çıxış edir. Bu ilin yayında “cim-bom”un 10 milyon avroya tam olaraq transfer etdiyi 30 yaşlı forvard bütün yarışlarda 51 matç keçirib. Bu oyunlarda 40 qol və 14 assistlə yadda qalan Mauro ötən mövsüm “sarı-qırmızılar”la Türkiyə çempionu olub.
Kopyalandı
#Futbol xəbərləri teqi istifadə olunub
- Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər
- Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV
- Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
