"Sabah" klubu "Dinamo"nun futbolçusunu heyətinə qatıb
“Sabah” klubu transfer pəncərəsinin sonunda daha bir keçidi tamamlayıb.
“Bayquşlar” Kiyev “Dinamo”sunun üzvü Kahim Parrisi icarə əsasında heyətinə qatıb. Yeni komandasında 28 nömrəli formanı geyinəcək 23 yaşlı oyunçu mövsümün sonuna qədər Bakı təmsilçisində çıxış edəcək. Klublar arasında razılığa əsasən, “Sabah” yamaykalı yarımmüdafiəçini tam transfer etmək hüququna da malik olacaq.
Qeyd edək ki, 2022-ci ildən çıxış etdiyi “Dinamo”da 13 oyuna çıxan Kahim qol vura bilməyib. O, karyerası ərzində ölkəsinin “Kavalier”, Sloveniyanın “Domjale”, “Krka” və “Koper” klublarında forma geyinib. 2020-ci ildən Yamayka millisinə də çağırılan K.Parris 10 matçda meydanda olub.
Xatırladaq ki, “Sabah” kollektivi yay transfer pəncərəsində Jarl Marqarita, Ayaz Quliyev, Maruan Hadudi, Vensan Til, Rəhman Daşdəmirov, Sofian Çakla və Cessi Sekidikanı kimi futbolçuları da heyətinə qatıb.
#Sabah FK teqi istifadə olunub
- AFFA Hakimlər Komitəsindən "Sabah" - "Qarabağ" oyunundakı qərarlarla bağlı açıqlama - Baku TV
- "Qarabağ" və "Sabah" komandalarının baş məşqçiləri hakimin qərarı ilə bağlı nə dedilər? - Baku TV
- Qurban Qurbanov hakimlərin etdiyi səhvlərdən danışdı - Baku TV
- Əgər meydana çıxıb nə edəcəklərini bilmirlərsə... | Qurban Qurbanov - Baku TV
- Klublar neçə min manat ziyana düşdülər? - Baku TV
