"Sabah"ın "Orhus"la cavab matçı necə bitəcək? - "Sabah" rəqibini üstələmişdi, amma..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu "Sabah" Danimarkanın "Orhus" klubu ilə cavab qarşılaşmasına hazırlaşır. Matç avqustun 11-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyun Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Report" İnformasiya Agentliyinin idman jurnalisti Kənan Həsənov komandamızın mərhələ adlamaq şanslarını dəyərləndirib. Jurnalist bildirib ki, "Sabah"ın növbəti mərhələyə yüksəlmək şansı tamamilə real görünür:
"Hesabdakı fərq minimaldır. Komandamız səfər matçında oyun planı, yaradılan təhlükəli epizodlar və qapıya vurulan zərbələrin sayına görə rəqibini üstələmişdi. Sadəcə, futbolda hər zaman üstün tərəf qələbə qazanmır. Bu dəfə komandamız Bakıda, öz azarkeşlərinin dəstəyi ilə mübarizə aparacaq. "Sabah"ın "Orhus" səddini keçməsi sensasiya sayılmamalıdır, çünki təmsilçimiz bunun üçün lazımi potensiala malikdir".
#Kənan Həsənov teqi istifadə olunub
- U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?
- U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV
- Azərbaycanı Avropada təmsil edəcək klublardan hansı nəticələr gözlənilir? - İDMANDA NƏ BAŞ VERİR?
- "İdmanda qal"ın növbəti buraxılışı İslamiadada azərbaycanlı idmançıların çıxışına həsr olundu
- Klublarımız avrokuboklarda uğur qazanacaq? | Azarkeşlərin narazı olduğu məsələlər
