Rafael Fiziyev UFC-də daha bir görüş keçirib
Azərbaycanın dünyaca məşhur MMA döyüşçüsü Rafael Fiziyevin UFC-də növbəti görüşü baş tutub.
O, “UFC Vegas – 79” turniri çərçivəsində polşalı Mateuş Qamrotla üz-üzə gəlib. Böyük maraqla gözlənilən döyüş 2 raund davam edib. İlk hissə gərgin keçsə də, 2-ci raundda ayağından zədə alan R.Fiziyev texniki nokautla məğlub olub.
Qeyd edək ki, bu, Rafael Fiziyevin MMA karyerasında 3-cü məğlubiyyətidir. O, daha əvvəl amerikalı döyüşçü Castin Geyci ilə qarşlılaşıb. Görüş ərzində sağ gözündən və başından ciddi zərbələr alan Rafael səs çoxluğu ilə məğlub elan olunub. Azərbaycanlı idmançı digər döyüşlərdə 8-i nokautla olmaqla 12 qələbə qazanıb. Onun rəqibi Mateuş Qamrot isə qatıldığı 26-cı görüşdə 23-cü qalibiyyətini əldə edib. Polşalı MMA ustası daha 2 qarşılaşmadan isə məğlub ayrılıb.
#UFC teqi istifadə olunub
- UFC-nin Bakıdakı turniri ilə bağlı təcili məlumat - Bunlara diqqət edin!
- UFC prezidenti İlham Əliyevin qəbulunda | Görüşdə nələr müzakirə olundu?
- Paytaxtda döyüş ruhu | UFC ulduzları azarkeşlərlə görüşdü
- Halil Rauntri mətbuat konfransında sualları cavablandırdı
- Məşhur idmançı Ben Askrenin ölümü ilə bağlı məlumatlar gizlədilir?
