“Real” səfərdə “Liverpul”u darmadağın edib
UEFA Çempionlar Liqasında 1/8 finalın daha 2 görüşü keçirilib.
Turnirin son qalibi “Real Madrid” “Enfild” arenasında “Liverpul”un qonağı olub. Oyuna yaxşı başlayan meydan sahibləri 14-cü dəqiqəyədək 2 qol vurublar.
Əvvəlcə Darvin Nunyez, bir qədər sonra isə Salah fərqlənib. Lakin “kral klubu” dönüş etməyi bacarıb. İlk yarının sonunadək Vinisius dubl edərək tarazlığı bərpa edib: 2-2.
Fasilədən sonra isə “Real” daha 3 dəfə “mersisaydlılar”ın qapısına yol tapıb. Əvvəlcə Militao hesabı 3-2 edib. Daha sonra isə Benzema dublunu rəsmiləşdirib. Liverpul-Real: 2-5.
Bu nəticə İspaniya nəhəngi üçün əlamətdar olub. Belə ki, indiyədək heç bir klub avrokubok görüşündə “Enfild”də 5 qol vura bilməmişdi.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı martın 15-i Madriddə keçiriləcək.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- Koxalski “Qarabağ”dan niyə getdi? - Yeni idman xəbərləri - Baku TV
- "Sabah" klubu Mançesterə yola düşdü | Əməkdaşımız məlumatları açıqladı - Baku TV
- Ceydon Sançonun “Borussiya Dortmund”a növbəti qayıdışı gündəmə gəldi
- Çempionlar Liqasında həyəcanlı püşkatma | "Sabah" hansı komandalarla qarşılaşacaq? - Baku TV
- "Sabah"ın ÇL-dəki rəqibləri nə zaman bəlli olacaq? - Yeni idman xəbərləri - Baku TV
