”Sabah” və ”Araz-Naxçıvan” Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyunlarına çıxacaq
"Sabah" və "Araz-Naxçıvan" komandaları UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyunlarına çıxacaq.
Paytaxt təmsilçisi Bakıda Bolqarıstanın "Levski" (Sofiya) kollektivini qəbul edəcək. Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşün baş hakimi ukraynalı Mikola Balakin olacaq.
"Bayquşlar" səfərdəki ilk matçında bir cavabsız qolla məğlub olub. Cütün qalibi pley-offda AZ (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək.
"Araz-Naxçıvan" isə Kiprdə "Omoniya"nın qonağı olacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək.
Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə məğlub olub. Mərhələ adlayan komanda Avropa Liqasında mübarizə aparacaq PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.
#Sabah FK teqi istifadə olunub
- ÇL-in ilk turundan sonra nəticələr bu cür oldu | Yeni idman xəbərləri - Baku TV
- "Sabah" hansı hücumçunu heyətinə qatdı? - Yeni idman xəbərləri - Baku TV
- Koxalski “Qarabağ”dan niyə getdi? - Yeni idman xəbərləri - Baku TV
- "Sabah" klubu Mançesterə yola düşdü | Əməkdaşımız məlumatları açıqladı - Baku TV
- Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıtdı - Baku TV
