Pleyeri seçin:

Sərbəst güləş millimiz tarix yazdı

07 aprel 2024 787 baxış

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə yekun vurulub.

Milli Gimnastika Arenasında təşkil olunan yarışın son günü sərbəst güləş millimiz üçün uğurlu alınıb.

Pəhləvanlarımızdan 57 kq çəkidə yarışan Əliabbas Rzazadə ardıcıl olaraq İtaliya, Türkiyə və Şimali Makedoniya təmsilçilərinə qalib gələrək Olimpiadaya vəsiqə qazanıb.

Titullu güləşçilərimizdən, 65 kq-da çıxış edən Hacı Əliyev əvvəlcə Fransa, növbəti mərhələlərdə isə Rusiya və Albaniya idmançılarını məğlub edərək ardıcıl 3-cü dəfə Olimpiadaya vəsiqə əldə edib. 74 kq çəki dərəcəsində yer alan Turan Bayramov da Fransanın paytaxtında keçiriləcək turnirdə iştirak edəcək. O, bu uğura İsveçrə, Rumıniya və İtaliya güləşçilərinə qalib gəlməklə nail olub.

Bundan başqa, daha 2 pəhləvanımız – Osman Nurmaqomedov 86, Georgi Meşvildişvili isə 125 kq çəkidə Yay Olimpiya oyunlarına lisenziya əldə ediblər.

Beləliklə, Avropa Olimpiya Təsnifat turnirində mübarizə aparan sərbəst güləş millimizin 5 üzvü də “Paris-2024”ə qatılmaq hüququ qazanıb.

Qeyd edək ki, 3 gün davam edən Olimpiya Təsnifat turnirində 33 ölkədən ümumilikdə 297 idmançı mübarizə aparıb.

Banner
“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

İdman
03 noyabr 2026 787 baxış
"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

İdman
03 noyabr 2026 787 baxış
Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

İdman
02 noyabr 2026 787 baxış
Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

İdman
02 noyabr 2026 787 baxış
Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

İdman
01 noyabr 2026 787 baxış
İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
31 oktyabr 2026 787 baxış
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

İdman
31 oktyabr 2026 787 baxış
FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

İdman
30 oktyabr 2026 787 baxış
"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

İdman
29 oktyabr 2026 787 baxış
Toni Kroos PSJ barədə danışdı

Toni Kroos PSJ barədə danışdı

İdman
29 oktyabr 2026 787 baxış
Seçilmişlər
icon