Pleyeri seçin:
Türkiyə AVRO-2032-dən məhrum edilə bilər
Futbol üzrə 2032-ci il Avropa Çempionatı Türkiyədən alına bilər.
Buna səbəb “Ankaragücü” – “Çaykur Rizəspor” matçından sonra Ankara təmsilçisinin prezidenti Faruk Kocanın hakimi döyməsidir.
İnsidentin böyük rezonans doğurması səbəbindən Türkiyənin İtaliya ilə birgə 2032-ci ildə təşkil edəcəyi qitə çempionatından məhrum olunacağı iddia olunur.
Belə ki, hadisədən sonra “Ankaragücü”nün prezidenti ilə yanaşı, klubun 2 rəsmisi saxlanılıb. Ölkədəki bütün futbol oyunları isə müddətsiz olaraq təxirə salınıb.
Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi də açıqlama verib. UEFA prezidenti Aleksandr Çeferinin ona zəng etdiyini deyən funksioner belə bir məsələnin mümkün olmayacağını vurğulayıb.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
