Pleyeri seçin:
Türkiyə millisi baş məşqçisi ilə vidalaşıb
Türkiyə millisinin çalışdırıcısı Ştefan Kunts vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Bildirilir ki, 60 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Buna səbəb “ay-ulduzlular”ın AVRO-2024-ün seçmə mərhələsində Ermənistan komandası ilə 1-1 hesablı heç-heçə etməsi, eləcə də yoxlama oyununda Yaponiya kollektivinə 2-4 hesabı ilə uduzmasıdır.
Qeyd edək ki, 2021-ci ildən yığmanın sükanı arxasında olan Ştefan Kuntsun rəhbərliyi ilə Türkiyə millisi 20 oyun keçirib. 12 matçda qələbə qazanan kollektiv, 2 dəfə heç-heçə edib, 5 dəfə isə məğlub olub.
Kopyalandı
#Türkiyə millisi teqi istifadə olunub
- "İdmanda nə baş verir?"in budəfəki buraxılışı Türkiyə millisinin pley-off matçına həsr olundu
- “Ay-ulduzlular” Bolqarıstan üzərində qələbə qazandı | Türkiyə pley-offa vəsiqəni təmin etdi
- Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib
- Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib
- Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib
