Pleyeri seçin:
Türkiyənin qadınlardan ibarət voleybol millisi Avropa çempionatında qalib gəlib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin qadınlardan ibarət voleybol millisi Avropa çempionu olub.
“Ay-ulduzlular” qızıl medallar uğrunda görüşdə Serbiya kollektivi ilə üz-üzə gəliblər. Brüsseldə baş tutan oyun 5 set davam edib.
İlk hissə serbiyalıların 27-25 hesablı üstünlüyü ilə yekunlaşsa da, növbəti setdə Türkiyə komandası tarazlığı bərpa edib. Sonrakı hissələrdə də tərəflər hərəyə 1 dəfə qalib gəldiyi üçün tay-brekə ehtiyac yaranıb. Burada isə 15-13 hesabı ilə güclü olan Türkiyə yığması tarixində ilk dəfə qitə çempionu adına yiyələnib.
Qeyd edək ki, Türkiyə millisi daha əvvəl 2003 və 2019-cu illərdə də final oynasa da, müvafiq olaraq Polşa və Serbiya kollektivlərinə uduzaraq gümüş mükafatla kifayətlənib.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
