Pleyeri seçin:
Tyaqo Pitarç: "Çempionlar Liqasında özümü virtual reallıqda kimi hiss etdim"
"Real Madrid"in gənc futbolçusu Tyaqo Pitarç Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya qarşı keçirilən cavab oyunundan (2:1) sonra fikirlərini bölüşüb.
18 yaşlı yarımmüdafiəçi qarşılaşmanın son dəqiqələrində meydana daxil olub. O, bir həftə əvvəl Lissabonda baş tutan ilk matçda da eyni ssenari ilə şans qazanmışdı. Bu görüşlər Pitarçın karyerasında "Kral klubu"nun əsas komandasında ilk çıxışları kimi tarixə düşüb.
Gənc futbolçu emosiyalarını gizlətməyib:
"Bu komandada çıxış etmək xəyal idi. Özümü sanki virtual reallıq eynəyi taxmış kimi hiss edirəm. Çox da uzaq olmayan keçmişdə onlarla FIFA oynayırdım, indi isə bütün bunları real həyatda yaşayıram".
Kopyalandı
#Real Madrid FK teqi istifadə olunub
- "Real Madrid" La Liqa prezidentinin istefasını tələb edib | Yeni idman xəbərləri - Baku TV
- Braziliyalı ulduz futbolçuya dörd oyunluq diskvalifikasiya cəzası verilib - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?
- Millimiz Litva ilə bacarmadı - Yeni idman xəbərləri - Baku TV
