Pleyeri seçin:

WAKO Dünya Kubokunu 11-ci dəfə qazanan Eduard Məmmədov vətənə dönüb

20 may 2024 751 baxış

Karyerasında 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunu qazanan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov Vətənə dönüb.

Türkiyədə keçirilən yarışda tarixi uğura imza atan titullu idmançı təəssüratlarını bölüşüb:

“İstanbulda keçirilən turnirə həm idmançı, həm də məşqçi kimi qatılmışdım. İki versiyada vuruşdum, öz rekordumu yenilədim. Bir gün ərzində beş döyüş keçirdim. Güclü idmançılarla qarşılaşdım. Bir məqsədim var idi, Vətənə qızıl medalla qayıtmaq. Şükürlər olsun ki, yaxşı nəticə əldə etdik”.

İstanbul şəhərində keçirilən yarışda Eduard Məmmədovun tələbələri də uğurla çıxış ediblər. 63 kq çəki dərəcəsində mübarizə aparan Rəvan Əhmədov gümüş, Amin Quliyev isə bürünc medalın sahibi olub.

Qeyd edək ki, Eduard Məmmədov İstanbulda keçirilən turnirdə “Master klass” kateqoriyası üzrə 63 kq çəkidə mübarizə aparıb. "Layt kontakt” və “Kik Layt” versiyalarında 5 döyüş keçirərək 2 qızıl medal qazanan təcrübəli idmançı finalda isveçli Ola Alvarssonu məğlub edib. 

Banner
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 751 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 751 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 751 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 751 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 751 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 751 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 751 baxış
U-15 dünya çempionatında Azərbaycan yığması rəqibini məğlub edərək uğurlu çıxışını davam etdirir

U-15 dünya çempionatında Azərbaycan yığması rəqibini məğlub edərək uğurlu çıxışını davam etdirir

İdman
26 oktyabr 2026 751 baxış
AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV

AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV

İdman
26 oktyabr 2026 751 baxış
Canni İnfantino Bakıda keçirilən çempionatın təşkilinə görə təşəkkür edib - Baku TV

Canni İnfantino Bakıda keçirilən çempionatın təşkilinə görə təşəkkür edib - Baku TV

İdman
25 oktyabr 2026 751 baxış
Seçilmişlər
icon