Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi şəhəri daha bir idman tədbirinə ev sahibliyi edib.
Noyabrın 22-də Xankəndidə “Prezident kuboku” uğrunda 5 kilometr məsafəyə qaçış yarışı təşkil olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 300-ə yaxın idmançı və iştirakçının mübarizə apardığı yarışın əsas məqsədi sağlam həyat tərzinin təbliği, atletikanın inkişafı və bölgədə idmana marağın artırılmasıdır.
Yarışın sonunda müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib. Fərqlənən idmançılar medal və kuboklarla mükafatlandırılıblar.
Qeyd edək ki, Xankəndidə bu cür idman tədbirlərinin təşkili şəhərin ictimai həyatının canlanmasına, idman ənənələrinin inkişafına və sağlam həyat tərzinin təşviqinə töhfə verir.
#Xankəndi teqi istifadə olunub
- Xankəndidə yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilir | Nəticə necə olacaq? - Baku TV
- Xankəndidə gəncləri bir araya gətirən "Zəfər nəsli" adlı düşərgə nə qədər davam edəcək? - Baku TV
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər - Baku TV
- Prezident İlham Əliyev Xankəndidəki çıxışında dünyaya hansı mesajları verdi? - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
