Pleyeri seçin:
Yuri Matias: "Neftçi" 3-cü yerə layiq komanda deyil
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Karyeram ərzində çıxış etdiyim bütün klublarda azı 3 il qalmışam və uğurlu olmaq üçün çalışmışam. “Neftçi”yə gələndə hər kəs məni yaxşı qarşıladı və bundan motivasiya aldım. Bu klubla böyük nailiyyətlər əldə etmək istəyirəm. Hazırda müdafiəçi olaraq öz işimi görməyə səy göstərirəm. Qol imkanları yarananda isə onlardan yararlanmağa çalışıram”.
Bunu “Neftçi”nin futbolçusu Yuri Matias mətbuat konfransında deyib.
“Çempionatda “Qarabağ”la xal fərqimizin çox olduğunu bilirəm. “Neftçi” 3-cü pillədə olmağa layiq deyil. Azarkeşlərimizin narazılığını da normal qarşılayıram. Lakin heyətimiz yenidən qurulur və bu asan proses deyil. Yaxşı nəticələr qazanıb, fanatları sevindirə biləcəyimizə inanırıq”, – deyə o qeyd edib.
Kopyalandı
#Futbol xəbərləri teqi istifadə olunub
- Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV
- Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri
- Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq
- Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV
- "Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri
